13 iyul 2011 10:47
İngiltərə-Azərbaycan matçının vaxtı və yeri bəlli oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərə komandası ilə qarşılaşacağı stadion və oyunun başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, İngiltərə – Azərbaycan oyunu sentyabrın 1-də, Bakı vaxtı ilə saat 23:30-da keçiriləcək.
Qarşılaşma Londondakı “Vicarage Road” stadionunda keçiriləcək.
