13 iyul 2011 11:46
Millimizin oyununun keçirilmə yeri dəyişdirildi
Xəbər verdiyimiz kimi, avqustun 9-da 21 yaşadək futbolçulardan ibarət Estoniya və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu oyunun keçirilmə yeri ilə bağlı dəyişiklik edilib.
Qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, Tartu şəhərindəki “Tamme” stadionunda yox, Tallinn şəhərindəki “A.Le Coq Arena”da olacaq.
