13 iyul 2011 11:37

Vaqif Cavadov: Ola bilər ki, DÇ-2018-də iştirak edə bildik

Azerisport.az sizi Azərbaycan yığmasının və Rusiyanın “Volqa” klubunun forvardı Vaqif Cavadovun müsahibəsi ilə tanış edir.

- Siz formal olaraq Rusiyaya Hollandiyadan gəldiniz. “Twente”yə keçidiniz necə baş tutmuşdu?
- Bu, 2009-cu ildə baş verdi. “Qarabağ”la Avropa Liqasında bu komandaya qarşı oynayarkən hollandların baş məşqçisi Bakıda mənə yaxınlaşıb bunları dedi: “İstəyirəm ki, komandamıza keçəsək. Fikirləş”. Həmin andan da danışıqlar başladı. Mənim üçün çox xoş oldu. Sənə hər gün İngiltərə yığmasının sabiq baş məşqçisi yaxınlaşıb belə sözlər demir.

- Hollandiyada yaşamaq sizin üçün necə idi? Orda hətta kişilər də manikür-pedikürlə məşğul olurlar. Bütün bunlara reaksiyanız necə olurdu?
- Hollandiyada ilk gündən onu hiss etdim ki, orda insanlar tam bərabərdi. Bu, normal həyat üçün ideal şəraitdi. Sən özün üçün ən müasir, varlı və dəbli marka seçə bilərsən. Amma heç kim sənə xarici görkəminə görə qiymət vermir. Orda maşınlardan imtina edib velosipedlərə üstünlük verənlər çoxdu. Xüsusilə də istirahət günlərind. Manikür-pedikürə gəlincə, təbii ki, belə şeylərə ifrat dərəcədə həvəs göstərəndə yaxşı çıxmır. Futbolçuya pedikür lazımdı. Məsələn, “Twente”də bunun üçün xüsusi ustamız var idi. Hər halda ayaq futbolçunun çörəy ağacıdı. O, həmişə qaydasında olmalıdı. Amma təbii ki, bunu məhz Hollandiyada gördüm. Homoseksualları isə tanımıram və onlarla dostluq etmirəm. Amma deməzdim ki, onlara pis yanaşıram. Bu, həyatdı, hər kəsin öz baxışları var. Sadəcə məni mavilərin həyatı qətiyyən maraqlandırmır. Onları başa düşmürəm.

- Futboldan əlavə başqa hansı məşğuliyyətiniz var?
- Balıqları sevirəm, atamla tez-tez balıq tutmağa gedərdik. Bütün günü oturub suya baxmaqdan doymuram.

- Sizin karyeranız CSKA-dan başlayıb. Bu kluba necə düşmüşdüz?
- O zaman mənim 10 yaşım var idi. Valideynlərim Moskvaya gəlməyə qərar verdilər. Elə mənə görə gəlmişdilər. Atam futbolçu olduğundan mənim də bu sahəni davam etdirməyimi istəyirdi. Biz Azərbaycandakı evimizi satıb Moskvada yaşamağa başladıq. İlk ili “Torpedo”da keçirdim. Daha sonra məni CSKA-ya dəvət etdilər.

- CSKA-dan hansı hisslərlə getdiniz?
- Heç bir incikliyim yox idi. Düzdü, o vaxt iki il əvəzedici komandada oynadım. Amma Oliç, Vaqner Lav, Jo kimi futbolçuların çıxış etdiyi əsas heyətə düşmək 16 yaşlı biri üçün heç də asan deyildi. Buna görə də vətənə qayıtmağa qərar verdim. “Qarabağ”da unikal atmosfer var idi. Biz əsl kollektiv idik. İndi də o klubda toplaşan uşaqlar baş məşqçi üçün sona kimi vuruşmağa hazırdılar. O, həmişə bizim üçün yaxın dost idi.

- “Qarabağ”da populyarlaşdız. Bakıya çıxarkən nə qədər imza paylamalı olurduz?
- Hesablamamışam. Amma şəhərə gəzməyə çıxarkən 30-50 nəfər insanın başına toplaşdığını görürsən. Buna görə də daha çox maşınla gəzməyə üstünlük verirdim. Özümə qarşı bu qədər diqqət görəndə bir qədər rahatsız oluram.

- Azərbaycan futbolundakı hazırkı durum necədi?
- Son üç ildə Azərbaycan futbolunda ciddi şəkildə inkişaf hiss olunmaqdadı. Bu da son dövrlərdə futbola yatırılan pulun daha da artırılmasından irəli gəlir. Azərbaycan varlı ölkədi, bizim neftimiz var. Yəqin ki, Rusiyada da belə, neft yoxdusa, pul da olmazdı, futbol da.

- Bəs dövlətin futbola qayğısı nə yerdədi?
- Əvvəllər bu sahəyə demək olar ki diqqət yox idi. Amma indi futbola çox ciddi qayğı var. Futbolun inkişafı da məhz bu qayğının nəticəsidi. Bildiyim qədərilə artıq pullar kimlərinsə cibinə yox, hara lazımdısa ora gedir. Daha bir seçmə mərhələdən sonra Azərbaycan yığması dünya çempionatına çıxmağa çalışacaq. Ola bilər ki, 2018-ci ildə dünya çempionatında iştirak edə bildik.
 
- Berti Foqts bildirmişdi ki, milli komandanın məğlubiyyətindən sonra siz gülmüsünüz.
- Ona sadəcə doğru informasiya verməmişdilər. Kimsə ona bildirmişdi ki, mən ağır məğlubiyyətdən sonra gülmüşəm. Amma bu, absurddur. Mən soyunub-geyinmə otağında Foqtsun yanındaydım və sakit dayanmışdım. O, bəlkə də bunu görməyib. Sonra biz telefonla danışdıq və mübahisəni yoluna qoyduq. İndi hər şey qaydasındadır.
 
- Tez-tez deyirlər ki, Azərbaycan və Özbəkistan futbolçuları pasportlarında doğum tarixini dəyişirlər.
- Bəli, bu, bütün dünyada var. Kim ki təvəllüdünü dəyişir, onları hamı yaxşı tanıyır. Bizim ölkədə onlar aşkara çıxarılır və adları açıqlanır. Futbolçular isə sərt şəkildə cəzalandırılır.
 
- Hansı formada?
- Onları futboldan müəyyən müddətə uzaqlaşdırırlar. «Lipa» oyunçuların adlarını isə hamı ona görə bilir ki, dövlət tərəfindən onların təvəllüdü yoxlanılır. Yeri gəlmişkən, həttə mənim barəmdə də bunula balı şübhələr var idi.
 
- Bəs, siz buna nə cavab verdiniz?
- Mən nə deməliyəm, nəyi sübut etməliyəm? Məni və ailəmi hamı tanıyır. Əgər yalan danışsaydım, bundan hamı xəbər tutardı. Hazırda 22 yaşım var.

- “Volqa”dakı işləriniz necədi?
- Hər şey normaldı. Məni həqiqətən komandada çox yaxşı qarşıladılar. Çox tez ünsiyyət qura bildik.

- Komandada köhnə tanışlarınızdan kimsə var?
- Giya Qriqalava ilə tanış idim. Çox balaca olarkən bir-birimizə qarşı oynardıq. O, “Rostov”da, mən isə CSKA-da çıxış edirim.

- Yeni komandanızdakı gürcülərin sayı sizi təəccübləndirmədi?
- Xeyr. Gürcülər dünyada həqiqətən çoxdular. Komandada isə heç bir qruplaşma yoxdu. Qafqaz xalqları həmişə mehriban olurlar.
 
- Sizi Gürcüstana dəvət ediblər?
- Hələ yox. Amma mən bu ölkədə olmuşam. Orada mənim bir neçə yaxın dostum yaşayır. Tiflisi daha çox yadımda qaldı. Orada gözəl yerləri olan tarixi şəhərdir. Yeri gəlmişkən, Gürcüstanın yaxşı insanlarının olduğu da qeyd etməliyəm.

- Yerli mətbəxdən ən çox nəyi bəyəndiniz?
- Xaçapuri və xəngəli. Əlbəttə, həm də çaxırı. Bunsuz mümkün deyil. Gürcü çaxırı gilanar şirəsi kimi içilir.
 
- Siz çox içə bilirsiniz?
- Yox, çox lazım deyil. Çünki bu, ayaqlara ziyandı. O zaman karyeran da məhv olar. Buna yol vermək olmaz. (Rusiya mətbuatı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.