13 iyul 2011 11:52
Berti Foqts: Neftçinin ardınca Xəzər Lənkəran
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün Zaqreb şəhərində “Dinamo” ilə keçirəcəyi oyununu izləyəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, o, bundan sonra daha bir qarşılaşmaya baxmağa hazırlaşır.
Belə ki, almaniyalı mütəxəssis həmçinin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək “Maccabi” (Təl-Əviv, İsrail) – “Xəzər Lənkəran” qarşılaşmasını da stadionda izləyəcək.
