13 iyul 2011 11:58
Bolonyanın futbolçusu Azərbaycan millisində!
Xəbər verdiyimiz kimi, iyulun 15-dən 18-ə qədər Sumqayıt şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, komandamızın bu hazırlıq prosesinə yeni futbolçular da çağırılıb.
Onların arasında əsas diqqət çəkən adlardan biri Əbülfəz Kərimlidi. Axı o, İtaliyanın “Bolonya” klubunun yetirməsidi.
Toplanışa dəvət olunmuş futbolçuların tam siyahısını diqqətinizə çatdırırıq:
Kənan Manafov – «Neftçi»
Sadiq Quliyev – «Qəbələ»
Ramin Şirinov – «Qarabağ»
Nurlan Şiriyev – «Rostov» (Rostov, Rusiya)
Nurlan Əhmədov – «Qarabağ»
Qurbanəli Əliyev – «İnter»
Adil Nağıyev – «İnter»
Fuad İslamzadə – «İnter»
Vəkil Talıbov – «Akademiya Konopleva» (Tolyatti, Rusiya)
Xəlil Əhmədov – ROİL
Kamran Abdullazadə – «Xəzər Lənkəran»
Azad Rəhimov – «Krılya Sovetov» (Rusiya)
Şirməhəmməd Məmmədov – «Qəbələ»
Elvin Camalov – «Qəbələ»
Coşqun Diniyev – «İnter»
Əyyub Əliyev – «Neftçi»
Polad Mirzəzadə – «Bakı»
Seyran Məmmədov – «Torpedo» (Moskva, Rusiya)
Ruslan Abdullayev – «Torpedo» (Moskva, Rusiya)
Əbülfəz Kərimli – «Bolonya» (İtaliya)
Rahib Abışov – «Elektroavtomatika» (Stavropol, Rusiya)
Təbriz İsmayılov – «Zenit» (Volqoqrad, Rusiya)
