13 iyul 2011 12:02

“Yerli azarkeşlər önündə oynamağa psixoloji cəhətdən hazırlaşmalıyıq”

Azerisport.az sizi 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Raytın müsahibəsi ilə tanış edir.
 
- Əvvəlcə Almaniyadakı toplanış barədə məlumat verməyinizi istərdik. Hazırlıq prosesi necə keçdi?
- İyunun 24-dən 26-dək turnirdə iştirak etdik. 5 komandanın mübarizə apardığı turnirdə üç gün ardıcıl oyunlar keçirdik ki, bu da bizim öyrəşmədiyimiz qrafik idi. Oyunlara çox əsəbi şəkildə başladıq. Komanda şəklində özümüzü göstərə bilmədik. Çünki futbolçularımız bu cür qrafikdə oynamağa öyrəşməyiblər. Rəqiblərimiz də yaş etibarilə bizdən böyük idi. Təbii ki, bu, onların fiziki hazırlıq səviyyəsinə və digər göstəricilərini görə üstün olması anlamına gəlir. Digər komandaların heyətlərini 1993/94-cü il təvəllüdlü oyunçular təşkil edirdi. Biz isə bilərəkdən yarışa 1995/96-cı ildə anadan olmuş qızları aparmışdıq. Məqsədimiz komandanı Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşdırmaqdır. İstədiyimiz nailiyyəti qazana bilməsək də, turnirin təcrübə baxımından komandaya çox faydalı olduğunu deyə bilərəm.
 
- Belarusun U-17 yığması ilə 2 yoldaşlıq oyunu keçirdiniz. Yığmamız bu qarşılaşmalarda fərqli təsir bağışladı. Sizcə, bunun səbəbi nə idi?
- Turnirə tamamilə fərqli hazırlıq keçməlisən. Çünki orada hər gün meydana çıxırsan. Rəqiblər fərqli idi. Həm də biz bir oyuna deyil, turnirə hazırlaşırdıq. Vaxt amilini də nəzərə almalıyıq. Yəni oyundan sonra bərpa olunmaq, gərginliyi azaltmaq üçün vaxtımız olmurdu. Ancaq Belarusda konkret bir oyuna hazırlaşdıq. Yığma olduğumuza görə, klubdan mütləq fərqlənməliyik. Turnirdə klublara qarşı oynadıq. Klub komandası elədir ki, onlar oyunun gedişində hansısa səhvlərə yol verə və biz də bundan istifadə edə bilərik. Millidə isə ölkənin ən güclüləri toplaşır və belə olan halda, bu komandanın səhv etmək faizi da çox az olur. Eyni zamanda rəqib artıq yığma komanda olduğuna görə, qızlar müəyyən qədər həyəcanlı idi. Bunun da nəticəsi olaraq, onlar bacardıqları oyunu sərgiləməkdə çətinlik çəkirdilər.
 
- Hər iki toplanışdan sonra komandada hansı müsbət və mənfi dəyişiklikləri müəyyənləşdirdiniz?
- Rəqibimiz yığma və ya klub komandası olmasına baxmayaraq, nəzərə almalıyıq ki, bizim qızların futbola başlama tarixçəsi elə də uzun deyil. Bu üzdən onların geriyə dönüb öz futbolçu tarixçələrinə baxmaq imkanları yoxdu. Bununla belə, qızlar klub və yığma komanda arasındakı fərqi özləri üçün müəyyənləşdirirlər. Beynəlxalq səviyyəli oyunlarda daha aqressiv oynamalısan. Hakimlər təkbətək mübarizələr zamanı tez-tez fit çalmırlar. Mübarizə aparmaq üçün şərait yaradırlar. Təbii ki, indiki məqamda bizə bu cür beynəlxalq oyunlar lazımdı. Özü də belə qarşılaşmaları Bakıda keçirmək daha yaxşıdı.
 
- Belarus yığması ilə birinci oyundan sonra futbolçulara hansı tövsiyələriniz oldu?
- Təbii ki, onlarla söhbət apardıq. Oyunlara necə hazırlaşdıqlarını, məsuliyyətlərini, nə xoşlarına gəldiyini, nəyin dəyişməsini istədiklərini və s öz dillərindən öyrənməyə çalışdıq. Çünki elə məqamlar ola bilər ki, onlarla bizim düşüncəmiz fərqlənər. Ona görə də qarşılıqlı sual-cavab şəklində bir toplantımız oldu. Daha sonra futbolçulara kömək məqsədilə bəzi məsləhətlər verdik. Bizim qızların oyun təcrübəsi az olduğundan, arxada qalan 1 il müəddətində üzərlərindən “oyun qorxusu”nu dəf edə bilməyiblər. Heç bir il ərzində onların 180 dərəcə dəyişməsini də gözləyə bilmərik. Çalışırıq ki, ruh yüksəkliyi yaradaq, nə qədər inkişaf etdiklərini diqqətlərinə çatdıraq. Bu da bir günün işi deyil.
 
- İyulun sonlarında Bakıda 4 yoxlama oyunu keçirəcəksiniz. İyulun 23-də və 25-də Gürcüstan, 28-də və 30-da isə Macarsıtan U-17-si rəqibimiz olacaq. Bu oyunlar haqda nə deyə bilərsiniz?
- Çox şadam ki, bu komandalarla Bakıda qarşılaşacağıq. Qızlar doğma azarkeşlər qarşısında özlərini necə aparmalı olduqlarını, rəftar qaydalarını öyrənməlidirlər. Digər yandan, həm Avropa çempionatının seçmə mərhələsi, eləcə də gələn il U-17-lər arasında təşkil ediləcək dünya çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Buna görə də, doğma meydanda, yerli azarkeşlər qarşısında oynamağa psixoloji cəhətdən hazırlaşmalıyıq.
 
Gürcüstan yığması ilə oyun haqda onu deyə bilərəm ki, nəyə qadir olduğumuzu ortaya qoyacağıq və onlardan revanş alacağıq. Gürcüstan yığması da bizim kimi C səbətində yer alıb. Bu da öz gücümüzü yoxlamaq və real müqayisə aparmaq baxımından yaxşı olacaq.
 
Macarıstan yığması isə güclü rəqibdi. Onlar B səbətində yer alıblar. Bu komanda ilə qarşılaşmada bəzi taktiki gedişləri yoxlamaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.