13 iyul 2011 12:16
Uruqvay, Çili və Peru pley-offda
Argentinada keçirilən Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə C qrupunda üçüncü turun oyunları keçirilib.
Çili Peru ilə qarşılaşıb və matç kifayət qədər gərgin keçib. 6 sarı, 2 qırmızı vərəqənin göstərildiyi qarşılaşmanın taleyini isə cəmi 1 qol həll edib. Diasın avtoqolu komandasının Çiliyə məğlubiyyəti ilə yekunlaşıb. Buna baxmayaraq, hər iki komanda növbəti mərhələyə adlayıb.
Düzdü, bu qrupun ikincisi Uruqvay olub. Bu ölkənin yığması Meksika üzərində minimal hesablı qələbə qazanmaqla nəhayət özünə gəlib. Çünki ilk iki oyununda heç-heçə edən Forlanın komandası qrupdan çıxmamaq təhlükəsilə üz-üzəydi. Peru isə ən yaxşı qrup üçüncüsü kimi pley-offa çıxıb. Meksikaya gəlincə, bu komanda heç kimin gözləmədiyi halda qrup mərhələsini xalsız başa vurub və çıxışını dayandırıb.
Bu gecə B qrupu çərçivəsində Paraqvay – Venesuela və Braziliya - Ekvador matçları keçiriləcək.
Amerika Kuboku
C qrupu
3-cü tur
12 iyul
Çili – Peru – 1:0
Qol: Dias, 90-öz qapısına.
Uruqvay – Meksika – 1:0
Qol: Pereyra, 15.
|
1
|
Çili
|
3
|
2
|
1
|
0
|
4
|
2
|
7
|
|
2
|
Uruqvay
|
3
|
1
|
2
|
0
|
3
|
2
|
5
|
|
3
|
Peru
|
3
|
1
|
1
|
1
|
2
|
2
|
4
|
|
4
|
Meksika
|
3
|
0
|
0
|
3
|
1
|
4
|
0
|
