13 iyul 2011 00:17
Trabzsonpor və TFF-nin sabiq prezidentləri də sərbəst buraxıldı
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaqa cəlb olunan “Trabzonspor” klubunun prezidenti Sadri Şener və Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Mahmut Özgenerlə bağlı yekun qərar çıxarılıb. Azerisport.az xəbər verir ki, hər iki şəxs aparılan dindirmələrdən sonra həbsxanaya göndərilsə də, sonradan sərbəst buraxılıblar.
Qeyd edək ki, Özgenerlə Şenerin öncə günahkar qismində həbsxanaya göndərilməsinə qərar verilmişdi. Lakin bir neçə saat öncə Özgenerin günahının olmadığı bildirilib və o, sərbəst buraxılıb.
“Trabzsonspor”un prezidenti isə 200 min TL müqabilində buraxılıb.
