13 iyul 2011 00:23
Milan Badel: Neftçini zəif rəqib hesab etməsək də...
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Xorvatiyanın “Dinamo” klubunun yarımmüdafiəçisi Milan Badel komandamızla oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun arxa xətt oyunçusu bunları dilə gətirib:
“Bizi çox ciddi oyunlar gözləyir. Biz düşünmürük ki, “Neftçi” zəif komandadı. Amma onları keçəcəyimizə inanırıq. Matçı azarkeşlərlə dolu stadion izləyəcək. Bu fakt bizə əlavə güc vermiş olacaq. Tribunalardan böyük dəstək gözləyirik. İnanıram ki, bu avrokuboklar mövsümündə uğurlu nəticəyə imza ata biləcəyik”.