13 iyul 2011 12:42

Flavinyo: Əminəm ki, Zaqrebdə sürpriz edə biləcəyik

Azərbaycan çempionu “Neftçi”nin aparıcı oyunçularından olan Flavinyo azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasındakı şanslarından danışıb.
 
- Zaqrebə hansı hisslərlə gəlmisiz?
- Kifayət qədər məşq, yoldaşlıq oyunları keçmişik. Bir sözlə onu deyə bilərəm ki, yaxşı hazırlıq keçmək üçün lazımınca vaxtımız olub.
 
- “Dinamo” ilə oyunlarla bağlı nə düşünürsüz?
- Biz rəqibə hörmət edirik. Səviyyəli komandadı. Amma biz də öz növbəmizdə böyük klub kimi oynamağa çalışacağıq. Odu ki, “Dinamo”nun nə qədər güclü olmasının o qədər də fərqi yoxdu.

- “Dinamo”da əmindilər ki, “Neftçi” keçiləsi rəqibdi...
- Amma hər şeyin necə bitəcəyini proqnozlaşdırmaq çox çətindi. Bunu demək çox asan, həyata keçirmək isə çox çətindi. Mən də əminəm ki, Zaqrebdə sürpriz edə biləcəyik.
 
- Xorvatlar “Dinamo” üçün əsas təhlükə kimi Flavinyonun adını xüsusi vurğulayırlar...
- Düzü, bunu bilmirəm. Amma hər şey təkcə məndən asılı deyil. Azərbaycan çempionu olan mən yox, “Neftçi”di. “Dinamo”ya qarşı da mən tək oynamayacağam, komanda oynayacaq. Bizdə futbolu 11 nəfərlə oynayırlar.

- Zaqrebdə qol vurmaq barədə düşünmüsüz?
- Bəli, çox. Daim düşünürəm ki, rəqibi məyus edim. Hətta bunu təsəvvür də edirəm. “Neftçi” üçün vurduğum bütün qollar mənim üçün vacibdi.

- Sizi hansı nəticə qane edəcək?
- Biz uduzmamalıyıq. Ya qələbə qazanmalı, ya da heç-heçə etməliyik. Belə olan halda bizim “Dinamo”nu evdə mübarizədən kənarlaşdırmaq baxımından işimiz daha asan olacaq.

 
- Demək olar ki, “Neftçi” daha çox müdafiə haqda düşünəcək?
- Xeyr. Biz bu oyunda 3 forvardla oynamalı olacağıq. Belə olan halda biz necə müdafiə oluna bilərik. Azərbaycan çempionatında da çox qol vururduq. Bizim komanda hücum futbolu oynayır. Başqa cür oynamağı bacarmırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.