13 iyul 2011 13:00
AZAL bu gün yeni baş məşqçisi ilə müqavilə bağlayacaq
AZAL bu gün yeni baş məşqçisi ilə müqavilə bağlayacaq. Azerisport.az öncədən də xəbər verdiyi kimi, “təyyarəçilər”i bundan sonra Elxan Abdullayev çalışdıracaq.
Qeyd edək ki, paytaxt klubu Nazim Süleymanovun hələ Belarusda “Minsk”ə yenilgisindən sonra istefa verdiyi andan bəri yeni baş məşqçi axtarışındaydı. Klub prezidenti Vaqif Qasımov Süleymanovun istefasını qəbul etmədiyini və onu postunda saxlamaq istədiyini bildirsə də, Süleymanov qərarını dəyişmədi. Bu üzdən də AZAL Abdullayevlə danışıqlar apararaq razılığa gəldi.
Qeyd edək ki, Abdullayev son olaraq Qazaxıstanın “Atırau” klubunda Ramiz Məmmədovun köməkçisi vəzifəsində çalışırdı.
