14 iyul 2011 12:12

“Dinamonu Bakıda 3:0 məğlub etmək olar”

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibəsində Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” ilə oyundakı məğlubiyyətdən (0:3) və şanslarından danışıb.
 
- Uğursuz alınan oyununuzla bağlı nə deyə bilərsiz?
- “Dinamo” matçın gedişində öz şanslarından maksimum yararlana bildi. Amma biz təəssüf ki, bunu bacarmadıq. Futbolda belə şeylər olur. Amma Bakıda “Dinamo” ilə ancaq qələbəyə oynayacağıq.
 
- “Neftçi” Zaqebdə niyə zəif oynadı?
- Mən düşünmürəm ki, biz zəif çıxış etdik. Rəqib bizə imkan verdiyi qədər oynaya bildik. İlk 35 dəqiqədə xorvatlar qapımız qarşısında heç bir qol vəziyyəti yarada bilməmişdilər. Amma məhz ilk qoldan sonra komandamız bir qədər ruhdan düşdü.

- Stadiondakı atmosfer komandaya təsir edirdi?
- Mən belə deməzdim. Sadəcə biz öz oyunumuzu göstərə bilmədik. Nəticədə də belə hesab qeydə alındı. Hər halda “Dinamo” güclü komandadı. Onlar qələbəyə layiq idilər.

- Penalti epizodunda siz Krstanoviçə qarşı qaydanı pozmuşdunuz?
- Mən heç ona toxunmadım, o, özünü yerə atdı. Əksinə özü əlimə toxunmağa çalışdı. Mən ona həqiqətən toxunmamışdım.
 
- Bakıdakı görüşdən nə gözləyək?
- Əgər üçüncü qolu buraxmasaydıq, fərq bu dərəcədə böyük olmayacaqdı. İndi biz Bakıdakı oyunda heç də tez-tez rast gəlinməyəni etməliyik.

- Yəni “Neftçi”nin şansının olmadığını düşünürsüz?
- Futbol maraqlı oyundu. Fikrimcə, bizim 30 faiz şansımız qalıb. Ümid edirəm ki, doğma divarlar arasındakı oyunda bəxtimiz gətirəcək. “Dinamo”nu Bakıda 3:0 məğlub etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.