14 iyul 2011 01:24
Arif Əsədov: Neftçi sona kimi döyüşəcək
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 0:3 hesablı yenilgidən sonra bunları dilə gətirib:
“Böyük hesabla uduzmağımıza baxmayaraq, düşünürəm ki, biz pis oynamadıq. “Dinamo”nun avrokuboklarda böyük təcrübəsi var. Bizdə isə əksinədi. Buraxdığımız qollara gəlincə, hamısı adi vəziyyətdə buraxdıq. Birinci və sonuncu qolları mübahisəli hesab edirəm. İlk qolda ofsayd var idi. Üçüncü qolda isə penaltinin təmizliyinə şübhəm var. “Dinamo”nun oyunçusunun simulyasiyaya əl atığına əminəm. Bizim də qol vəziyyətlərimiz olurdu. Şanslarımızı saxlamaq üçün ən azı bir qol vurmalıydıq. Amma hələ ikinci oyunumuz var. “Neftçi” sona kimi döyüşəcək”.