14 iyul 2011 12:47
Sadıq Sadıqov fransız hakimi tənqid etdi
Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə baş tutan “Dinamo” ilə ilk oyunlarındakı hakimlikdən narazı qalıb. Azerisport.az saytına müsahibəsində o, fransalı referi Antoni Qotyenin ədalətsiz qərarlar çıxardığını bildirib:
“Penalti mübahisəli idi. Oyundan sonra qapıçımız Saşa Stamenkoviç də bildirdi ki, ona heç toxunmayıbmış. “Dinamo”nun forvardı özünü yerə atıb. Hakim isə aldandı. Mən qəribə gəlir ki, bu qədər vacib oyunlara belə hakimləri niyə təyin edirlər”.

Qeyd edək ki, “Neftçi” bu qarşılaşmada 0:3 hesabıyla məğlub olub.