14 iyul 2011 13:11
Yerko Leko Zaqrebdəki darmadağından danışdı
Xorvatiya çempionu “Dinamo”nun yarımmüdafiəçisi Yerko Leko UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə baş tutan “Neftçi” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Əlbəttə, qələbəyə görə çox şadam. Biz əla oynadıq. Azarkeşlərimizin belə dəstəyi isə bizim üçün əsl mükafat oldu. Amma bizə hələ daha çox işləmək lazımdı. Baxmayaraq ki, mövsümə yaxşı başladıq, görüləsi işlərimiz çoxdu. Ümidvaram ki, bütün azarkeşlərimizi evə şad yola saldıq”.
