14 iyul 2011 13:57
Milan Badel: Neftçidən daha yaxşı oynadıq
Xorvatiya çempionu “Dinamo”nun kapitanı Milan Badel UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə baş tutan “Neftçi” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, bu oyunda ilk qolun müəllifi olan futbolçu 3:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Bu qədər azarkeşin gözü önündə qələbə qazanmaq, belə atmosferdə oynamaq sadəcə gözəldi. Biz daha yaxşı oynadıq və qələbəyə layiq idik. Amma bu, hələ mövsümün başlanğıcıdı. Bu oyunun ilk yarısında bir qədər isti olduğundan çətin idi. Sonradan hər şey yoluna düşdü”.
