14 iyul 2011 14:24

Bəxtiyar Soltanov: Litvadakı ssenarinin təkrarlanmasını istəyirəm

“Qarabağ”ın yeni transferi Bəxtiyar Soltanov UEFA Avropa Liqasının qarşıdan gələn Farer adalarının “Streymur” klubu ilə ilə ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Streymur”la oyuna hazırsızmı?
- Biz hazırıq. Əlbəttə, oyun gününə kimi hər şey hazır olacaq. “Qarabağ”ın bütün oyunçuları bu oyunun vacibliyini başa düşür. Biz farerlilərə qarşı layiqli oyun göstərmək istəyirik. Gərgin oyun olacaq. Onlar bizim oyunlarımızı görüblər. Amma biz onları elə də yaxşı tanımırıq.
 
- Rəqibin oyunu ilə maraqlanmısız?
- Düzü, farerlilərin necə oynaması mənə maraqlı deyil. Əsas “Qarabağ”ın oyunudu. Hazırlıq zamanı Qurban Qurbanov rəqibin taktikası barədə məlumat verib. Uşaqlar da onların oyunundan danışıblar. Deyilənə görə, ev komandasıdı. Baş məşqçimiz dönə-dönə bildirir ki, rəqibə yuxarıdan aşağı baxmaq olmaz.

- “Qarabağ” bu oyunları favoriti göstərilir. Qorxmursuz ki, bu, arxayınlığa səbəb olar?
- Psixoloji cəhətdən bütün bunlar komandaya təsir edir. Mətbuatda hamı yazır ki, “Qarabağ” cütün favoritidi. Biz də bunları oxuyuruq. Amma hər halda hamımız peşəkarıq. Ona görə də “Streymur”la oyunlarda hansısa arxayınlıq olacağını düşünmürəm. Biz “Banga”ya qarşı göstərdiyimizdən də yaxşı oyun sərgiləməliyik.

- Farer adalarına qədərki yol çox uzun alındı...
- Başqa çıxış yolumuz yox idi. Təxminən 14 saatı havada keçirdik. Demək olar ki, bir günü yolda keçirdik. Bütün bunlar əlbəttə yorğunluq yaradır. Amma bizim məqsədimiz “Streymur”u məğlub etməkdi. İlk oyun bizim üçün çox şeyi həll edəcək. Gizlətmirəm ki, hər şeyi məhz səfər matçında həll etmək istəyirik.

- Yəni məqsədiniz səfərdə qələbə qazanmaqdı?
- Bəli. Litvadakı ssenarinin təkrarlanmasını istəyirəm. Sadəcə “Streymur”un “Banga”dan güclü olduğunu da bilirəm. Buna baxmayaraq Farer adalarına qələbə dalınca gəlmişik. Başqa nəticə bizi qane etməyəcək.

- “Qarabağ” nə qədər uzağa gedə bilər?
- İndi qarşıdakı planlardan, rəqiblərdən danışmaq istəməzdim. Amma biz təbii ki, qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik. Hamı kimi mən də “Qarabağ”ın dekabra kimi Avroliqada çıxış etməsini istəyirəm. Bu, mənə də komandaya daha yaxşı uyğunlaşmaq üçün şərait yaradar. İlk iki oyundan sonra uyğunlaşmaq baxımından problemimin qalmadığını düşünürəm. Amma düşünürəm ki, bir neçə oyundan sonra daha yaxşı olacaq. O zaman komandaya daha çox fayda verə biləcəm.

- Adətən Avropa klubları bizim futbolçulara göz qoyurlar. Farer adalarının hansısa klubundan təklif alsaz, necə qarşılarsız?
- (gülür) Mən “Qarabağ”a yeni gəlmişəm və heç bir yerə getməyə hazırlaşmıram. Özü də Farerə. Mənim üçün bu komandada hər şey yaxşıdı. Farer adalarında çıxış etməyi isə qətiyyən planlaşdırmıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.