14 iyul 2011 14:33
Mehmed Alispahiç: Neftçi ilə oyuna çıxanda qorxurdum
Xorvatiya çempionu “Dinamo”nun yarımmüdafiəçisi Mehmed Alispahiç UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə baş tutan “Neftçi” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Bu, mənim üçün “Dinamo”da debüt matçım idi. Meydana çıxanda qorxurdum. Azarkeşlər çox fantastik idilər. Amma nəticəyə gəlincə, komfortlu hesabla qalib gəldiyimizi düşünürəm. Düşünmürəm ki, hansısa arxayınlığa yol verək. Tapşırığın öhdəsindən layiqincə gəlsək də, cavab matçına da ciddi yanaşmalıyıq”.
