14 iyul 2011 14:39
Şahin Diniyev: Neftçinin şansı qalır
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Dinamo”dan aldığı məğlubiyyəti şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandamızın 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Təəssüf ki, oyunu izləyə bilmədim. Amma mənə deyiblər ki, müdafiəçilər çox kobud səhvlərə yol veriblər. Belə nəticə gözləmirdim. Baxmayaraq ki, hələ püşkatmadan sonra ən güclü rəqibin “Neftçi”yə düşdüyünü demişdim. Hər halda şans hələ də var. Amma bundan nə dərəcədə yararlana biləcəklər, bu ayrı sualdı”.
