14 iyul 2011 14:44
Mircavadov: Bizim komandalar müdafiə futbolu oynaya bilmirlər
Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Dinamo”dan aldığı məğlubiyyəti şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandamızın 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Mən həmişə demişəm ki, Azərbaycan komandaları müdafiədən oynaya bilmirlər. Bu, bizə heç nə vermir. Ona görə də müdafiə futbolu oynamağımız lazım deyil. 0:3 – çox pis nəticədi. Amma “Neftçi” cavab matçına ciddi hazırlaşmalıdı. Bütün azarkeşlər komandamızı dəstəkləməlidilər. Çünki həmin oyunda qələbə bizə çox vacibdi. Mərhələ adlaya bilməsək də belə, qələbə qazanıb, reytinq xalı toplamalıyıq”.
