14 iyul 2011 15:18
Domaqoy Vida: Neftçi bizə xüsusi çətinlik yaratmadı
Xorvatiya çempionu “Dinamo”nun müdafiəçisi Domaqoy Vida UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqrebdə baş tutan “Neftçi” ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Neftçi” bizim üçün xüsusi çətinlik yaratmadı. Bu komanda aabir hücum etməyə cəhd göstərsə də, biz onlardan topu oğurlaya bilirdik. Hesab edirəm ki, biz öz işimizi layiqincə görə bildik. Üç cavabsız qol vurduq. Bu, bizim üçün ən arzuolunan nəticə ola bilərdi”.
