14 iyul 2011 15:37
Azərbaycan UEFA reytinqində gerilədi
Azərbaycanın UEFA-nın reytinq cədvəlindəki mövqeyində dəyişiklik olub. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda 1 pillə geriləməli olub.
Bu, “Neftçi”nin çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə Xorvatiyanın “Dinamo” klubuna məğlubiyyəti nəticəsində (0:3) sayəsində gerçəkləşib. Belədə heç bir reytinq xalı qazanmayan ölkəmiz təmsilçisi (Maribor) qələbə qazanmış Sloveniyanı özündən irəli buraxmalı olub.
Qeyd edək ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları zamanı Azərbaycan 0,375 reytinq xalı qazanmışdı. Bundan 0,250-si “Qarabağ”ın, 0,125-i isə “təyyarəçilər”in payına düşmüşdü. Bu uğur sayəsində ölkəmiz UEFA reytinqində bir pillə irəliləyərək, Sloveniyanı qabaqlamışdı. Avroliqanın ilkin təsnifat mərhələsinin cavab oyunları zamanı isə yalnız Ağdam təmsilçisinin rəqibi üzərindəki möhtəşəm qələbəsi Azərbaycana daha 0,250 reytinq xalı qazandırdı. “Qarabağ”ın ikinci matçında da qələbə qazanması isə Azərbaycanın Latviyanı da geridə qoymasına şərait yaratmışdı. Beləcə, avrokubokların bu mövsümündə topladığımız 0.625 xalla Azərbaycan 36-cı pilləyə qalxmışdı.
Amma təəssüf ki, “Neftçi”nin son uğursuzluğu yenidən bizi 37-ci pilləyə qaytardı. Hazırda Azərbaycanın 5.457 reytinq xalı var. Onu da əlavə edək ki, klublarımızın istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0,125 xal verir. Bir sözlə, mümkün qədər çox qələbə qazanmaq lazımdı.
Sonda reytinq cədvəlinin 32-42-ci sıralarındakı ölkələrin siyahısını təqdim edirik.
|
Mövqe
|
Ölkə
|
2007/08
|
2008/09
|
2009/10
|
2010/11
|
2011/12
|
Cəmi
|
|
|
32
|
Gürcüstan
|
1.000
|
1.166
|
1.750
|
1.875
|
1.125
|
6.916
|
|
|
33
|
İrlandiya
|
1.000
|
2.500
|
1.375
|
1.000
|
0.500
|
6.375
|
|
|
34
|
Moldova
|
1.333
|
0.666
|
2.125
|
2.125
|
0.000
|
6.249
|
|
|
35
|
Litva
|
1.500
|
2.500
|
1.250
|
0.625
|
0.250
|
6.125
|
|
|
36
|
Sloveniya
|
0.666
|
1.333
|
1.375
|
1.500
|
0.750
|
5.624
|
|
|
37
|
Azərbaycan
|
0.666
|
0.666
|
1.500
|
2.000
|
0.625
|
5.457
|
|
|
38
|
Latviya
|
1.333
|
1.166
|
2.250
|
0.500
|
0.000
|
5.249
|
|
|
39
|
Makedoniya
|
1.666
|
0.500
|
0.500
|
1.375
|
0.750
|
4.791
|
|
|
40
|
İslandiya
|
1.166
|
1.166
|
1.250
|
0.375
|
0.750
|
4.707
|
|
|
41
|
Monteneqro
|
0.500
|
0.500
|
1.125
|
1.750
|
0.500
|
4.375
|
|
|
42
|
Qazaxıstan
|
0.750
|
0.833
|
1.250
|
0.875
|
0.625
|
4.333
|
|
