14 iyul 2011 16:04
Qarabağı yağış, Xəzər Lənkəranı isti gözləyir
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün ilk oyunlarına çıxacaq təmsilçilərimizi - “Qarabağ”la “Xəzər Lənkəran”ı fərqli hava şəraitləri gözləyir. Azerisport.az xəbər verir ki, Farer adalarında soyuq, İsraildə isə isti hava şəraiti proqnozlaşdırılır.
Sinoptiklərin məlumatına görə, Farer adalarının Torshavn şəhərində havanın temperaturu 11 dərəcə isti təşkil edəcək. Havanın buludlu olacağı, yağış yağacağı bildirilir. Qeyd edək ki, “Streymur” – “Qarabağ” matçı məhz bu şəhərdə baş tutacaq.
Eyni saatlarda İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Maccabi” – “Xəzər Lənkəran” görüşü isə 27 dərəcə istidə oynanılacaq. Hava buludsuz olacaq.
