14 iyul 2011 17:04
Belçika – Azərbaycan matçının başlama saatı açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində səfərdə Belçika yığması ilə keçirəcəyi oyunun vaxtı dəqiqləşib. Azerisport.az xəbər verir ki, Belçika – Azərbaycan oyunu sentyabrın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, qarşılaşma Antverpen şəhərindəki “Olimpiya” stadionunda keçiriləcək.
