14 iyul 2011 18:22
Beşiktaşın prezidentindən şok qərar!
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Yıldırım Demirörən futbol dünyasında bəlkə də analoqu görünməyən bir qərar qəbul edib. Azerisport.az xəbər verir ki, qardaş ölkə futbolunda danışılmış oyunlarla əlaqədar istintaqa cəlb olunan baş məşqçi Tayfur Havutçu və klubun vitse-prezidenti Serdal Adalının günahı sübuta yetirilib həbs olunduqdan sonra prezident son mövsümdə qazanılan kubokdan imtina edib.
Belə ki, Yıldırım Demirörən bu gün günorta saatlarında Türkiyə Futbol Federasiyasının binasına gələrək qurumun prezidenti Mehmet Ali Aydınlarla görüşüb. Danışıqlardan sonra “Beşiktaş” prezidenti kuboku federasiyaya qaytarmaq istədiklərini bildirib. O, ən azı danışılmış oyunlar bitənə qədər qazandıqları kubokun TFF-də qalmasını məqsədəuyğun sayıb.
Qeyd edək ki, Serdal Adalı ilə Tayfur Havutçu bir neçə gün öncə istintaqa cəlb olunmuşdu. Dünən isə onların günahları sübuta yetirildiyi üçün məhkəməyə verilməklə, həbs olunublar. Buna səbəb kimi isə kubokun finalında onlara rəqib olan “İstanbul Büyükşehir Belediyespor”un futbolçuları İbrahim Akınla İskender Alının ifadələri olub. Hər iki futbolçu final matçından öncə “Beşiktaş” rəsmilərinin onları yayda transfer edəcəklərinə dair vəd verdiyini bildiriblər.