15 iyul 2011 00:52

Qarabağ Streymur üzərində qələbəni əldən verdi (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada iki Azərbaycan klubu da növbəti mərhələyə adlamaq üçün mübarizə aparırdı.
 
Bunlardan biri də “Qarabağ” idi. Ağdam klubu artıq bu mövsümə elə birinci təsnifat mərhələsindən start verib. Komandamız həmin mərhələdə Litva “Banga”sı ilə üz-üzə gəldi ki, iki oyunun cəminə görə rəqib qapısına 7 qol vurmaqla üst tura adladı. Bu mərhələdə isə Qurban Qurbanovun komandasını Farer adalarının “Streymur” klubu gözləyirdi. Hansı ki, təmsilçimiz bu rəqibini də çətinlik çəkmədən keçməyə borcludu.
 
Lakin təəssüf ki, Qurbanovun yetirmələri səfər matçında erkən qola imza atsa da, yalnız son saniyələrdə qələbə hesabını əldən veriblər.
 
Avropa Liqası
İkinci təsnifat mərhələsi
İlk oyun
14 iyul
 
STREYMUR – QARABAĞ - 1:1 (0:1)
Qol: R.Əliyev, 11 (0:1), Hansen, 90+3 (1:1)
 
Hakimlər: Mark Stiven Uitbi, Eduard Kinq, Filip Tomas, Brayan Ceyms (hamısı Uels).
Hakim-inspektor: Jari Maysonlahti (Finlandiya).
UEFA nümayəndəsi: Odd Flattum (Norveç).
Torshavn. “Qundadalur” stadionu.
 
STREYMUR: 1. Rene Torqard, 2. Aleks dos Santos, 3. Pauli Hansen, 4. Gert Age Hansen, 6. Petur Dam Yakobsen, 8. Eqil a Bo (k), 10. Vasile Anxel, 11. Hans Pauli Samuelsen, 14. Daniel Udsen, 22. Arnbyorn Hansen, 23. Leyf Niklasen.
Ehtiyat oyunçular: 30. Yoan Pauli Yakobsen, 5. Poul Qrunnveyt Olsen, 7. Levi Hanssen, 9. Arnar Dam.
Baş məşqçi: Hedin Axsam.
QARABAĞ: 99. Bojan Pavloviç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 6. Rəşad Sadiqov (k), Rauf Əliyev, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular:1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Oyunda ilk qapıya zərbə Rəşad Sadiqovdan gəldi. Qapıçı yerindədi
5. Meydanın mərkəzində futbolçularımız rəqibi topsuz yormağa çalışırlar
7. İlk real qol vəziyyətini rəqib yaratdı. Samuelsenin zərbəsi qapıdan azacıq aralı keçdi
11. QOOOLLL!!! Rauf Əliyev! Adamiya cərimə meydançasına daxil olsa da müdafiəçilər zərbə imkanı vermədilər. Bu məqamda Rauf özünü yetirərək topu tora göndərdi - 0:1
13. Vüqar sol cinahdan cərimə meydançasına daxil oldu. Lakin zərbəsində dəqiqlik çatmadı
17. Oyunda ərazi üstünlüyü komandamızın tərəfindədi
18. Rəşadın arakəsmə ötürməsini Aqolli mükəmməl asma ilə tamamladı. Son zərbəyə isə müdafiəçilər mane ola bildilər
22. Adamiyaya qarşı kobudluğu hakim cərimə zərbəsi ilə dəyərləndirdi. Vüqarın zərbəsi qapının üstündən keçir
23. Əfranın cərimə xəttinin üzərindən zərbəsini qapıçı gözəl tullanışla dəf edə bilir
27. Rəşad Sadiqovun başladığı hücumu Vüqar zərbə ilə tamamlaya bilsə də, dəqiq olmur
28. İki qarşılıqlı hücum. Raufun qapıçı ilə təkbətək mübarizəsində rəqibi iti bucaq zərbəsinin dəqiq olmasına imkan vermir. Əks hücumda isə rəqibin hücumçusu ilə mübarizədə qapıçımız Bojan Pavloviç səhvsiz oynayır
30. Qapımız qarşısında 100 faizli qol imkanına ilk olaraq Bojan imkan vermir. Rəşad Sadıqov isə müdhiş tullanışla ikinci zərbənin boş qapıya daxil olmasına imkan vermir
35. Bu dəqiqələrdə komandalar açıq oyuna üstünlük verməyə başlayıblar. Qapılar qarşısında təhlükəli epizodlar biri-birini əvəz edir
43. Yağan yağış getdikcə güclənir və nəticədə oyunun sürəti aşağı düşməyə başlayır
45. Maksimin yandan ötürməsini Adamiya baş zərbəsi ilə tamamlayır. Top qapı tirindən azacıq aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. İkinci yarı başlayan kimi Namiq Yusifov sarı vərəqə ilə cəzalandırılır
50. Rəqib meydanın mərkəzini ələ keçirməyə çalışır
50. Əfran – Vüqar paslaşmasını sonuncu qeyri dəqiq zərbə ilə tamamladı
52. Əfranın təqribən 25 metrlik məsafədən zərbəsini qapıçı çətinliklə yan xətdən çıxara bilir
55. Rəşad – Adamiya – Əfran qısa paslaşmaları qarşısında rəqib müdafiəçiləri aciz qalıb
59. "Streymur" meydanın mərkəzini keçməyə çətinlik çəkir. Bu dəqiqələr oyunun sürəti bir qədər aşağı düşüb
63. Maksimin aldadıcı ötürməsini Adamiya bir həmlə ilə davam etməyə çalışsa da rəqib müdafiəçilər vaxtında bunun qarşısını ala bildilər
66. Topa daha çox komandamız nəzarət etsə də, hücumu məntiqi nəticə ilə başa vurmaqda çətinlik çəkir
70. Oyunda ilk dəyişiklik. Bəxtiyar Soltanov Rauf Əliyevi əvəzləyir
71. Rəqib komandada isə Udseni Hansen əvəzləyir
73. Komandamız ikinci qolu vurmağa çox yaxın idi. Vüqarın ötürməsini Əfran dəqiq zərbə ilə tamamlaya bilmir
78. "Streymur" daha bir təhlükəli vəziyyət yaradır. Son anda hər şey bizim üçün yaxşı bitir
81. Niklasen yerini Arnar Dama verir
86. Əfran daha bir real qol vəziyyətindən istifadə edə bilmədi. Bu dəfə qapıçı əla reaksiya göstərdi
88. Rəşad Sadiqovun zərbəi möcüzə nəticəsində qapıdan keçmir
89. Vüqara qarşı kobud oynayan Hansen sarı vərəqə ilə cəzalandırılır
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə edilir
90+3. Meydan sahibləri hesabı bərabərləşdirirlər. Hansen fərqlənir - 1:1
90+3. Admir Teli sarı vərəqə ilə cəzalandırıldı
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.