15 iyul 2011 00:19

XL səfərdən məğlub, amma ümidli qayıdır (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada iki Azərbaycan klubu da növbəti mərhələyə adlamaq üçün mübarizə aparırdı.
 
Bunlardan biri də “Xəzər Lənkəran” idi. Qeyd edək ki, son mövsümdə Azərbaycan kubokunun qalibi olan Lənkəran klubu mübarizəyə məhz ikinci təsnifat mərhələsindən başladı. Komandamızın bu mərhələdəki rəqibi isə İsrailin “Maccab” klubuydu. Paytaxt Təl-Əvivi təmsil edən bu komanda heç də sıradan komanda deyildi. Bu üzdən də “ağ-yaşıllar”ın işinin çətin olacağı dəqiq idi. Amma “Xəzər Lənkəran” tarixində ilk dəfə avrokuboklarda mərhələ adlamaq istəyirsə, çətin səfərdən sərfəli nəticə ilə qayıtmağa borcluydu.
 
Təəssüf ki, komandamız Təl-Əvivdən məğlub qayıtdı. Amma hər halda bir səfər qoluna imza ata bildik ki, bu da Lənkərandakı oyun üçün şanslarımızı saxladı.

MACCABİ – XƏZƏR LƏNKƏRAN - 3:1 (3:1)
Qollar: M.Kanate, 22 (1:0), E.Atar, 39 (2:0), İsraileviç, 43 (3:0), Mureşan, 45+1 (3:1).
 
Hakimlər: İlias Spatas, Qriqorios Panu, Dimitrios Qukos, Stavros Mantalos (hamısı Yunanıstan).
Hakim-inspektor: Peter Jones (İngiltərə).
UEFA nümayəndəsi: Milovan Djukanovic (Çernoqoriya).
 
MACCABİ: 55. Qay Haimov, 17. Savo Paviçeviç, 4. Nivaldo (k), 14. Yoav Ziv, 10. Haris Medunyanin, 13. Munas Dabbur, 18. Mussa Kanate, 25. Rafi Dahan, 7. Gilyermo İsraileviç, 16. Elran Atar, 27. Ömer Vered.
Ehtiyat oyunçular: 1. Barak Levi, 2. Klemi Şaban, 9. Barak Itzhaki, 15. Dor Mika, 23. Moşe Loqasi, 24. Roberto Kolautti, 32. Roy Kehat.
Baş məşqçi: Motti İvanir.
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 9. Tsaba Borbeli, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 77. Marius Onofraş, 80. Joao Pinto, 81. Rikardo Qomeş, 84. Julius Vobay.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 5. Dieqo Qusmao, 7. Katalin Doman, 10. Elnur Abdullayev, 15. Emeka Opara, 18. Alim Qurbanov.
Baş məşqçi: Mirça Rednik.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Meydan sahiblərinin təhlükəli hücumunun qarşısını müdafiəçilərimiz kəsirlər
5. XL əla əks-hücum şansına malik olsa da, son anda Nivaldo topu kornerə çıxarır
6. Künc zərbəsindən yararlana bilmirik
7. İsraileviçin zərbəsini Kamran tutur
10. Rahidə qarşı mərkəzdə kobud oynayırlar
12. Komandamız matça heç də pis başlamayıb. Rəqibə qarşı sıx oynamaqla onlara rahat oynamağa imkan vermir. Əvəzində sürətli əks-hücumlara bel bağlayır
14. Kanatın uzaqdan zərbəsi qapının yanından keçir
18. XL arabir gözəl əks-hücum şansı qazansa da, futbolçular tələsirlər
19. "Maccabi" sağ cinahdan təhlükəli hücum qursa da, son anda hər şey bizim üçün yaxşı bitir. Halbuki Kamranın çıxışda səhvə yol verməsi qolla nəticələnə bilərdi
22. Adi vəziyyətdə XL topu itirir. Kamran rəqib oyunçunun yaxın məsafədən zərbəsini dəf etsə də, Kanate təkrar zərbəylə topu tora qovuşdurur - 1:0
26. XL künc zərbəsini təhlükəli yerinə yetirsə də, qolla nəticələnmir
27. Təkrar kornerdən də bir şey alınmır
30. "Maccabi" top saxlamaqla oyuna nəzarət etməyə çalışır
31. Kamran meydan sahiblərinin daha bir hücumunun qarşısını alır
35. "Maccabi" komandamızı qapısına sıxışdırıb. Ardıcıl təhlükəli zərbələrdən sonuncusunun müəllifi Kanate olur. Onun baş zərbəsi azacıq qapıdan yan keçir
39. Meydan sahiblərinin artan təzyiqləri növbəti qolu gətirir. İsraileviç-Kanate-Atar kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamlayır - 2:0
43. Komandamızın qapısı qarşısında qarışıqlıq və növbəti qol. Kamranın topu əlindən buraxmasını İsraileviç bağışlamır - 3:0
44. Kamran hakimlə mübahisəyə görə sarı vərəqə alır
45+1. İsraileviç cərimə meydançası yaxınlığında qaydanı pozur
45+1.QOOOOOOOOOOOL. Vobayın qapı qarşısına ötürməsini Mureşan dəqiq zərbə ilə tamamlayır - 3:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. XL-da iki əvəzləmə. Joao Pintonu Emeka Opara, Vobayı isə Dieqo Qusmao əvəzləyir
46. Dabburun yaxın məsafədən zərbəsini Kamran son anda kornerə çıxarır
47. İsraileviçin uzaqdan zərbəsi yan keçir
49. Komandamızın çox təhlükəli hücumu zamanı rəqib qapıçı komandasını qoldan xilas edir
53. XL ikinci hissəyə çox fəal başlayıb. Lakin təəssüf ki, hələ qol vurmaq mümkün olmur
56. Oparaya qarşı cərimə meydançasına kobudluq olsa da, yunan hakimin fiti surur
60. XL-lı futbolçular topu çox ləngidirlər
60. Rəqib daha bir qol vursa da, ondan öncə oyundankənar vəziyyət olduğu bildirilir
61. Munas Dabburu Dor Mika əvəzləyir
62. Oparanın zərbəsi yandan keçir
65. "Maccabi" yenidən hücumlarının kəsərini artırmağa başlayıb
71. XL-da son dəyişiklik: Borbelini Katalin Doman əvəzləyir
72. Kanate yerini Roy Kehata verir
74. Elnur Allahverdiyev çox kobud səhvə yol versə də, son anda rəqib oyunçular dəqiq oynaya bilmirlər
76. XL künc zərbəsindən fərqlənə bilmir
77. Oparaya qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini Doman vurur. Amma qeyri-dəqiqdi
80. Medunyanın yerini Moşe Loqasiyə verir
84. Zivin uzaqdan zərbəsi müdafiəçiyə dəyərək kornerə çıxır
87. Rahidin baş zərbəsində dəqiqlik çatışmır
89. XL daha bir hücumunu boşa verir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.