14 iyul 2011 11:22
Bəxtiyar Soltanov: Başqa nəticə bizi qane etməyəcək
“Qarabağ”ın yeni transferi Bəxtiyar Soltanov UEFA Avropa Liqasının qarşıdan gələn Farer adalarının “Streymur” klubu ilə ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Litvadakı ssenarinin təkrarlanmasını çox istərdim. Amma onu da bilirik ki, “Banga”ya nisbətən bu dəfəki rəqibimiz daha güclüdü. Aydın məsələdi ki, hər iki komanda bu oyuna çox yaxşı köklənəcək. Biz bura qələbə dalınca gəlmişik. Başqa nəticə bizi qane etməyəcək”.