14 iyul 2011 00:04
Bakı`nın yeni transferi: İstənilən vəzifənin öhdəsindən gələ bilərik
“Bakı”nın latviyalı futbolçusu Denis İvanov yeni komandası haqda ilkin təəssüratlarını bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasıda bunları dilə gətirib:
“Azərbaycan çempionatı barədə məlumatlı idim. Burada futbol oynayan çox tanışlarım var. Bilirəm ki, çempionatın səviyyəsi kifayət qədər yüksəkdi və güclü futbolçular az deyil.
“Azərbaycan çempionatı barədə məlumatlı idim. Burada futbol oynayan çox tanışlarım var. Bilirəm ki, çempionatın səviyyəsi kifayət qədər yüksəkdi və güclü futbolçular az deyil.
Komanda qarşısında yüksək vəzifələr qoyulmursa, oynamağın mənası yoxdu. Yaxşı komandamız və futbolçularımız var. İstənilən vəzifənin öhdəsindən gələ bilərik.
İlkin təəssüratlarım olduqca müsbətdi. Görünür ki, işlər peşəkar səviyyədə qurulub. Futbolçular arasında, personal və məşqçilərlə münasibətlər səmimiyyət üzərində qurulub. Belə komandada forma geymək xeyli xoşdu”. (klubun saytı)
