15 iyul 2011 13:12

Yenə yalnız Qarabağ

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunları Azərbaycanın UEFA-nın reytinq cədvəlindəki mövqeyində dəyişikliyə səbəb olmayıb. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda 37-ci pillədəki yerini qoruyub.
 
Qeyd edək ki, dünən təmsilçilərimizdən “Qarabağ” səfərdə Farer adalarının “Streymur”, “Xəzər Lənkəran” isə İsrailin “Maccabi” (Təl-Əviv) klubunun qonağı idi. Lakin təəssüf ki, təmsilçilərimizdən heç biri qələbə qazana bilmədi. “Ağ-yaşıllar” İsrail paytaxtında 1:3 hesabıyla uduzduğu halda, “Qarabağ” da 1:0 öndə olduğu görüşün son saniyələrində buraxdığı qolla qələbəni əldən verdi. Bu üzdən də ölkəmizin reytinq xalında ciddi artım olmadı. Bu mənada yalnız Ağdam klubu növbəti 0,125 xal yazdırmasıyla təsəlli tapa bildi.
 
Hazırda 37-ci pillədə olan Azərbaycanın 5.582 reytinq xalı var. Bundan 0,750-si bu mövsüm qazanılıb. Onun da sadəcə 0,125-i AZAL-ın payına düşür. Qalan reytinq xalını isə ölkəmizə “Qarabağ” qazandırıb. Bunlar Litva “Banga”sı üzərindəki qələbələr (0,500) və “Streymur”la heç-heçə (0,125) sayəsində gerçəkləşib. Hələlik sadəcə bir oyun keçirən “Neftçi” və “Xəzər Lənkəran” rəqiblərinə uduzduğu üçün reytinq xalımıza töhvə verə bilməyib. AZAL-da Belarus “Minsk”inə cavab görüşündə uduzmaqla Azərbaycana heç nə qazandıra bilmədi.
 
Onu da əlavə edək ki, klublarımızın istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0,125 xal verir. Bir sözlə, mümkün qədər çox qələbə qazanmaq lazımdı.
 
Sonda reytinq cədvəlinin 32-42-ci sıralarındakı ölkələrin siyahısını təqdim edirik.
 
Mövqe
Ölkə
2007/08
2008/09
2009/10
2010/11
2011/12
CƏMİ
 
32
Gürcüstan
1.000
1.166
1.750
1.875
1.250
7.041
 
33
İrlandiya
1.000
2.500
1.375
1.000
0.500
6.375
 
34
Moldova
1.333
0.666
2.125
2.125
0.125
6.374
 
35
Litva
1.500
2.500
1.250
0.625
0.375
6.250
 
36
Sloveniya
0.666
1.333
1.375
1.500
1.000
5.874
 
37
Azərbaycan
0.666
0.666
1.500
2.000
0.750
5.582
 
38
Latviya
1.333
1.166
2.250
0.500
0.250
5.499
 
39
Macedonia
1.666
0.500
0.500
1.375
1.125
5.166
 
40
İslandiya
1.166
1.166
1.250
0.375
1.125
5.082
 
41
Qazaxıstan
0.750
0.833
1.250
0.875
1.125
4.833
 
42
Çernoqoriya
0.500
0.500
1.125
1.750
0.500
4.375
 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.