15 iyul 2011 11:50

Daha bir əfsanə futboldan getdi

Futbol üzrə Fransa yığmasında dünya və Avropa çempionu Patrik Vieyra karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi son 1,5 ildə İngiltərənin “Manchester City” klubunda çıxış edirdi.
 
İyulun 14-də rəhbərlik onun klubda qalaraq futbolun inkişafına cavab verəcəyini və kommersiya layihələrində iştirak edəcəyini açıqlayıb. Vieyra klubda işləmək və futbolu başqa tərəfdən öyrənmək imkanı yaratdığı üçün bu kluba, eləcə də oynadığı müddətdə ona hər zaman dəstək olan azarkeşlərə minnətdarlıq edib.
 
Qeyd edək ki, Patrikin ilk 2 klubu Fransa “Kann”ı ilə İtaliya “Milan”ı olub. Lakin o, karyerasının böyük hissəsini (1996 – 2005) İngiltərə “Arsenal”ında keçirib. Bu komanda ilə 3 dəfə İngiltərə çempionu, 4 dəfə ölkə kubokunun sahibi olub. Sonradan Vieyra İtaliyanın “Juventus” və “İnter” komandalarında da çıxış edərək, 4 qat İtaliya çempionu tituluna yiyələnib. Təcrübəli yarımmüdafiəçi 2010-cu ilin yanvarında “Manchester City”yə keçib, bu komanda ilə 2010-2011-ci il mövsümündə son titulunu – İngiltərə Kubokunu əldə edib.
 
Patrik Vieyra Fransa millisinin heyətində 107 oyuna 6 qol vurub, 1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionu olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.