15 iyul 2011 01:08
Streymurun baş məşqçisi: Boşuna vuruşmadıq
Farer adalarının “Streymur” klubunun baş məşqçisi Hedin Asxam UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Qarabağ”la ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Son dəqiqələrdə vurulan qol həmişə növbəti oyun üçün əlavə güc verir. Amma biz növbəti oyunda nə qədər çətin olacağını bilirik. Xüsusilə də Azərbaycandakı hava şəraitinə görə. İstənilən halda biz sübut etməyə çalışacağıq ki, bu gün boşuna vuruşmadıq”.