15 iyul 2011 01:17
Qurban Qurbanov: Bu, çox üzücüdü
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Streymur”la ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, Farer adalarının təmsilçisi ilə 1:1 hesablı heç-heçəni belə dəyərləndirib:
“Son saniyələrdə qol buraxmaq çox üzücüdü. Biz burda qələbə qazanmaq istəyirdik. Bizə qarşı çox yaxşı, intizamlı bir komanda çıxış edirdi. Bundan sonra artıq Bakıdakı oyun haqda düşünməliyik. Komandaların şansları yenə bərabər olaraq qalmaqdadı”.