15 iyul 2011 00:43
Mirça Rednik: 1:3 pis nəticə deyil
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin Təl-Əviv “Maccabi”si ilə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, İsrail təmsilçisinə səfərdəki 1:3 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib:
“Rəqibin vurduğu üç qoldan ikisini özümüz onlara hədiyyə verdik. İkinci hissədə ilk yarıya nisbətən daha yaxşı oynadıq. Amma hesabı dəyişə bilmədik. Hesab edirəm ki, 1:3 hesablı məğlubiyyət pis nəticə deyil. Bəzi futbolçularımız kobud səhvlər buraxdılar. Bəziləri zəif oynadılar. Amma bizim qarşıda daha bir həftəmiz var. Bu vaxt ərzində çox şey dəyişə bilər”.