15 iyul 2011 13:47
XL-ın rəqibi cavab matçı öncəsi daha bir sınaq oyunu keçirəcək
UEFA Avropa Liqasında Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın rəqibi olan İsrailin “Maccabi” klubu daha bir sınaq matçı keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Azərbaycana səfər öncəsi daha bir matça çıxacaq.
Belə ki, Motti İvanir “Xəzər Lənkəran”la cavab görüşü öncəsi yetirmələrini “Ramat Qan”la dueldə sınayacaq. Bu görüş şənbə günü – sabah baş tutacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Maccabi” arasında cavab oyunu iyulun 21-də Lənkəranda keçiriləcək. Dünən baş tutan ilk görüşdə israillilər 3:1 hesablı qələbəyə sevinmişdilər.
