15 iyul 2011 13:56
AFFA-nın planları dəyişdi
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasının müddəti başa çatmış məşqçilər üçün yenidən keçiriləcək kursların vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Nikolay Adamın rəhbərlik edəcəyi kursların əvvəlcədən iyulun 18-dən 23-dək keçiriləcəyi xəbər verilirdi.
Lakin AFFA bu gün sözügedən kursların həmin tarixdə yox, iyulun 27-dən 29-a qədər olan müddətdə keçiriləcəyini bəyan edib.
