15 iyul 2011 15:18

Neftçi üçün Bangor City - HJK cütü (YENİLƏNİB)

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürüb.
 
Bu püşkatmada Azərbaycanın çempionu “Neftçi”nin də potensial rəqibinin kimliyi bəlli olub. Belə ki, təmsilçimiz Xorvatiya çempionu “Dinamo” (Zaqreb) klubu ilə cavab görüşündən öncə növbəti potensial rəqibini tanımış olub. Yəni komandamız növbəti mərhələyə vəsiqə qazanacağı halda məhz həmin klubla qarşılaşmış olacaq. Baxmayaraq ki, “ağ-qaralar”ın növbəti mərhələyə adlamaq şansları çox aşağıdı.
 
“Neftçi”ni ÇL-in üçüncü təsnifat mərhələsində gözləyən komandaların siyahısına gəlincə, bəribaşdan onu qeyd edək ki, Azərbaycan çempionu mərhələ adlayacağı halda çox böyük üstünlük qazanmış olacaq. Yəni “Neftçi” üçün “Dinamo”nu adlamaq bəlkə də tarixinin ən böyük uğuru kimi qiymətləndirilə bilər. Məsələ burasındadı ki, “ağ-qaralar” üçüncü təsnifat mərhələsindəki rəqibinə uduzsa da belə, ən azı Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış olacaq. Oradakı rəqibini keçəcəyi halda isə “Neftçi” qitənin nüfuzuna görə ikinci dərəcəli turnirinin qrup mərhələsində çıxış etmək şansına yiyələnəcək.

Amma paytaxt klubu “Dinamo”nu keçəcəyi halda onsuz üçüncü təsnifat mərhələsindəki rəqibini də mübarizədən kənarlaşdırmağa borclu olacaq. Ona görə ki, komandamız bu mərhələnin püşkatması zamanı səpələnmişlərin – yəni ən güclü klubların sırasında yer almışdı. Bu isə “Neftçi”nin həmin komandalarla düşməyəcəyi anlamına gəlirdi. Hansı ki, həmin komandalar arasında Şotlandiyanın “Rangers”, Danimarkanın “Copenhagen” klubları ilə yanaşı ikinci təsnifat mərhələsinin ən yüksək reytinqə malik komandaları yer almışdı.
 
Öncədən komandamızın potensial rəqiblərinin siyahısı daha geniş olsa da, UEFA bu günkü püşkatma öncəsi iştiraçıları ayrı-ayrı qruplara da bölmüşdü. Belədə, “Neftçi”nin konkret potensial rəqiblərinin də kimliyi müəyyənləşmişdi. Bunlar “Mogren” (Çernoqoriya) – “Litex” (Bolqarıstan), “Slovan” (Slovakiya) – “Tobol” (Qazaxıstan), “Maribor” (Sloveniya) – “Dudelange” (Lüksemburq), “Bangor City” (Uels) - HJK (Finlandiya) və “Shamrock Rovers” (İrlandiya) – “Flora” (Estoniya) cütlərinin qalibləriydi.
 
Püşkatma "Neftçi" - "Dinamo" cütünə "Bangor City" - HJK komandalarını çıxardı. Yəni bu iki cütün qalibi ÇL-in üçüncü təsnifat mərhələsində oynamaq şansı qazanacaq. "Neftçi" "Dinamo"ya ilk oyunda 0:3 uduzub. Elə HJK da ilk matçda rəqibini eyni hesabla məğlub edib və evdə bu üstünlüyünü əldən verənə oxşamır.
 
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
 
1-ci qrup
Səpələnmişlər: Copenhagen (Danimarka), Maccabi (Hayfa, İsrail) - Borac (Bosniya və Herseqovina), Dinamo (Zaqreb, Xorvatiya) - Neftçi (Azərbaycan), Skënderbeu (Albaniya) – APOEL (Kipr), Skonto (Latviya) - Wisla (Polşa).
 
Səpələnməmişlər: Mogren (Çernoqoriya) – Litex (Bolqarıstan), Slovan (Slovakiya) – Tobol (Qazaxıstan), Maribor (Sloveniya) – Dudelange (Lüksemburq), Bangor City (Uels) - HJK (Finlandiya), Shamrock Rovers (İrlandiya) – Flora (Estoniya).
 
Mogren/Litex cütünün qalibi - Skonto/Wisla cütünün qalibi
Maccabi/Borac cütünün qalibi - Maribor/Dudelange cütünün qalibi
Bangor City/HJK cütünün qalibi - Dinamo/Neftçi cütünün qalibi
Skënderbeu/APOEL cütünün qalibi - Slovan/Tobol cütünün qalibi
Copenhagen - Shamrock Rovers/Flora cütünün qalibi
 
2-ci qrup
Səpələnmişlər: Rangers (Şotlandiya), BATE (Belarus) – Linfield (Şimali İrlandiya), Rosenborg (Norveç) – Breidablik (İslandiya), Partizan (Serbiya) – Skendija (Makedoniya), Sturm Graz (Avstriya) - Videoton (Macarıstan).
 
Səpələnməmişlər: Genk (Belçika), Punik (Ermənistan) – Viktoria (Çexiya), Valletta (Malta) – Ekranas (Litva), Zestafoni (Gürcüstan) – Dacia (Moldova), Malmö (İsveç) – Torshavn (Farer adaları).
 
Genk - Partizan/Skendija cütünün qalibi
Rosenborg/Breidablik cütünün qalibi - Punik/Viktoria cütünün qalibi
Zestafoni/Dacia cütünün qalibi - Sturm Graz/Videoton cütünün qalibi
Valletta/Ekranas cütünün qalibi - BATE/Linfield cütünün qalibi
Rangers (Şotlandiya) - Malmö/Torshavn cütünün qalibi
 
Çempion olmadan ÇL-də iştirak hüququ qazananlar
 
Səpələnmişlər: Benfica (Portuqaliya), Dinamo (Kiyev, Ukrayna), Panathinaikos (Yunanıstan), Twente (Hollandiya), Standard (Belçika)
 
Səpələnməmişlər: Rubin (Rusiya), Zürich (İsveçrə), Odense (Danimarka), Trabzonspor (Türkiyə), Vaslui (Rumıniya)
 
Standard (Belçika) - Zürich (İsveçrə)
Twente (Hollandiya) - Vaslui (Rumıniya)
Benfica (Portuqaliya) - Trabzonspor (Türkiyə)
Dinamo (Kiyev, Ukrayna) - Rubin (Rusiya)
Odense (Danimarka) - Panathinaikos (Yunanıstan)
 
Qeyd edək ki, ÇL-in üçüncü təsnifat mərhələsinin oyunları 26-27 iyul və 2-3 avqust tarixlərində keçiriləcək. Adları ilk göstərilən komandalar püşkə əsasən meydan sahibi olacaq.
 
İkinci təsnifat mərhələsinəki iştirakçıların ilk oyunlarının nəticələri isə belə olub:
 

Punik (Ermənistan) - Viktoria (Çexiya) - 0:4 (0:3)
Valletta (Malta) – Ekranas (Litva) - 2:3 (1:3)
Mogren (Çernoqoriya) - Litex (Bolqarıstan) - 1:2 (1:0)
Maribor (Sloveniya) – Dudelange (Lüksemburq) - 2:0 (2:0)
Slovan (Slovakiya) – Tobol (Qazaxıstan) - 2:0 (1:0)
Shamrock Rovers (İrlandiya) - Flora (Estoniya) - 1:0 (1:0)
Zestafoni (Gürcüstan) - Dacia (Moldova) - 3:0 (3:0)
Maccabi (Hayfa, İsrail) - Borac (Bosniya və Herseqovina) - 5:1 (1:1)
Malmö (İsveç) – Torshavn (Farer adaları) - 2:0 (0:0)
Bangor City (Uels) - HJK (Finlandiya) - 0:3 (0:1)
Dinamo (Xorvatiya) - Neftçi (AZƏRBAYCAN) - 3:0 (1:0)
Skënderbeu (Albaniya) – APOEL (Kipr) - 0:2 (0:0)
Skonto (Latviya) - Wisla (Polşa) - 0:1 (0:1)
Sturm Graz (Avstriya) - Videoton (Macarıstan) - 1:0 (0:0)
Partizan (Serbiya) – Skendija (Makedoniya) - 4:0 (0:0)
Linfield (Şimali İrlandiya) - BATE (Belarus) - 1:1 (1:1)
Rosenborg (Norveç) – Breidablik (İslandiya) - 5:0 (1:0)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.