15 iyul 2011 15:37
Galatasarayın sabiq qapıçısı Neftçidən imtina etməsinin səbəbini açıqladı
Türkiyənin “Galatasaray” klubunun sabiq qapıçısı Robinson Sapata Azərbaycan çempionu “Neftçi”nin təklifini qəbul etməməsinin səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, bu yay “ağ-qaralar”ın almaq istədiyi bu futbolçu aldığı təklifdən imtina etmişdi və bunun səbəblərini də açıqlayıb:
“Mənə Azərbaycandan təklif vardı. “Galatasaray”ı məhz qonşu ölkə klubuna dəyişə bilərdim. Amma mən öz ölkəmə qayıtmağa üstünlük verdim. Çünki ailəm məhz belə istəyirdi. Belədə onlara da yaxşı olacaq”.

Qeyd edək ki, kolumbiyalı qapıçı ölkəsinin “Deportivo Pereyra” klubu ilə müqavilə imzalayıb.