15 iyul 2011 17:03
Avropanı lərzəyə gətirən hücumçu son qərarını verdi
Ötən mövsüm Portuqaliyanın "Porto" klubunun formasıyla mövsümü 3 kubokla bitirən kolumbiyalı hücumçu Falkao son qərarını verib. Azerisport.az xəbər verir ki, çoxları bu hücumçunun qitənin daha güclü klublarına keçəcəyini gözləsə də, o, komandasıyla 2015-ci ilə qədər yeni müqaviləyə imza atıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının son mövsümünd 17 dəfə fərqlənən futbolçu avrokuboklarda bir mövsümdə ən çox qol vuran oyunçu ünvanını Yuergen Klinsmanın əlindən almışdı. Hazırda davam edən Amerika kubokunda da qollarını sıralayan Falkaonun "Chelsea"yə baş məşqçi təyin olunan Andre Villas-Boasın ardından İngiltərəyə gedəcəyi gözlənilirdi. Dünənə qədər "Xəyallarımı "Chelsea"də yenidən Villas-Boas ilə işləmək bəzəyir" deyən Falkao, gözlənilməz şəkildə klubu "Porto" ilə müqaviləsini 2015-ci ilə qədər uzadıb.
