15 iyul 2011 16:38
Neftçi - Dinamo matçına bilet satışı davam edir
Azərbaycan çempionu "Neftçi" iyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Zaqreb "Dinamo"sunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün biletlərin satışı davam edir.
Biletlərin qiyməti bütün sektorlar üçün 1 manat, VİP C və VİP D üçün isə 10 manatdı. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından, eləcə də "Dalğa Arena", "Park Bulvar"ın 1-ci mərtəbəsi, "Accesbank"ın Mərdəkandakı filialı, "Park Şüvəlan" və "Khazar Golden Beach"dən almaq mümkündü.
Qeyd edək ki, "Neftçi" – “Dinamo” oyunu saat 21:00-da start götürəcək.
