15 iyul 2011 20:29
Raulun komandası Sadıqovu məyus etdi
Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı Rusiyanın “Anji” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandasının rəqibi Almaniyanın “Schalke” klubu olub.
Qarşılaşma Mahaçqala təmsilçisinin 1:3 hesablı yenilgisi ilə yekunlaşıb. Belə ki, məşhur ispaniyalı hücumçu Raulun top qovduğu Bundesliqa təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
