15 iyul 2011 22:02
Millimiz Ukrayna və Moldovaya məğlub oldu
Belarusun Vitebsk şəhərində təşkil olunmuş “Kubok Drujbı 2011” turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası 2 oyun keçirib. Azerisport.az xəbər verir ki, Ukrayna yığması ilə oyunda millimiz 2:6 hesabı ilə məğlub olub. Futbolçularımızdan Comərd Baxşəliyev və Elnur Əhmədov fərqlənib.
Elnur Əhmədov, Əbdül Əliyev və Nahid Mehrəliyevin hərəyə 1 qol vurduğu Moldova millisi ilə oyun isə 3:3 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən moldovalı futbolçular ümumi nəticədə 6:5 hesabı ilə qələbə qazanıb.
