15 iyul 2011 11:10
Yığmamıza daha bir sınaqçı rəqib tapıldı
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Elit Məşq layihəsi çərçivəsində 1997-1998-ci il təvəllüdlü futboçulardan təşkil olunmuş Bakı-3 komandası ilə qarşılaşacaq.
Qarşılaşma iyulun 16-da, “Şəfa” stadionunda keçiriləcək. Oyun saat 17:30-da başlayacaq.
