15 iyul 2011 11:28
Bakı Türkiyə və Yunanıstan klublarına qarşı
Hazırda paytaxtda hazırlıqlarını davam etdirən “Bakı” iyulun 17-də Sloveniyaya yollanacaq və özünün bu ölkədəki ikinci təlim-məşq toplanışına başlayacaq. Azerisport.az xəbər verir ki, ilk səfərində olduğu kimi, baş məşqçi Aleksandr Starkov bu dəfə də yetirmələrini sınaq matçlarında yoxlamağa hazırlaşır.
Belə ki, “zolaqlılar”ın bu toplanış çərçivəsində daha 4 yoxlama oyunu keçirməsi planlaşdırılır. Hazırda həmin oyunlardakı sınaqçı-rəqiblərdən sadəcə ikisi məlumdu. Bunlardan biri Türkiyə Superliqasında çıxış edən “Karabükspor”, digəri isə Yunanıstanın AEK klubudu.
