15 iyul 2011 11:41

Sadıq Sadıqov: Neftçi Dinamonu keçəcək gücdədi

Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Zaqreb) ilə ilk oyununu dəyərləndirib.
 
Bəri başdan qeyd edək ki, Sadıqov komandasının oyunundan öncə sağlıq durumunda müəyyən problemlərlə üzləşdiyindən hətta Almaniyadakı klinikalardan birində müalicə almaq məcburiyyətində qalmışdı. Zaqrebə böyük ümidlərlə gəlsə də, oyundan (0:3) sonra çox məyus görünürdü.
 
“Belə nəticəni gözləmirdim. Rəqibin qapısı elə bil tilsimlənmişdi. Biz az qol vəziyyəti yaratmadıq. Heyf ki, bunlardan yararlanan olmadı. Emil Mpenza, Ruslan Abışov, Flavinyo əllərinə düşən şansları dəyərləndirməyə borclu idilər. Düzdü, Abışovun epizodunda zaqreblilərin qapıçısı yaxşı oynadı. Amma Mpenza və Flavinyo elə şansları qaçırdıqlarına görə ancaq özlərini qınaya bilərlər”.
 
Sadıqov bəzi futbolçuların çıxışından narazı qaldığını gizlətmir: “Onların bəzisinin çıxışı məni qane etmədi. Futbolçularımmızdan daha çox şey gözləyirdim. Amma bacardığını meydanda göstərən oyunçular da var idi. Həm də deyərdim ki, belələri daha çox idi”.

Sadıqov fransalı hakim Antoni Qotyenin də işini xüsusi qiymətləndirib. Klub prezidentinin sözlərinə görə o, ümumiyyətlə belə oyunu idarə etməyə hazır deyildi: Mən başa düşə bilmirəm, onu necə belə vacib avrokubok oyunlarına təyin edirlər. Onun qapımızı təyin etdiyi penalti ədalətsiz idi. Matçdan sonra qapıçımız Saşa Stamenkoviç mənə yaxınlaşdı və bildirdi ki, rəqib qapıçıya toxunmamışdım. Hətta “Dinamo” rəhbərliyi də hakimin qərarlarından narazı idilər”.
 
Lakin “Neftçi”nin prezidenti ilk oyundakı darmadağına rəğmən ayın 19-da keçiriləcək cavab oyunu üçün optimistliyini itirmir: “Fikrimcə, baş məşqçi ilk oyunu yaxşı analiz edəcək və özü üçün müəyyən nəticələr çıxaracaq. Məncə, “Dinamo”nu keçəcək gücdəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.