15 iyul 2011 12:11
Eliran Atar: İsraildə başladıq, Azərbaycanda bitirməliyik
İsrailin “Maccabi” klubunun hücumçusu Eliran Atar UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşdıqları “Xəzər Lənkəran”la ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin üzvü doğma meydanda qazandıqları qələbə ilə (3:1) bağlı bunları söyləyib:
“Biz heç də pis olmayan oyun keçirdik. Amma təəssüf ki, evdə qol buraxdıq. İndi biz evdə başladığımız bu işi Azərbaycanda bitirməliyik”.
“Biz heç də pis olmayan oyun keçirdik. Amma təəssüf ki, evdə qol buraxdıq. İndi biz evdə başladığımız bu işi Azərbaycanda bitirməliyik”.
