16 iyul 2011 13:30
Foqtsun həmyerliləri Qarabağın rəqibinə kömək edəcək
Belçikanın “Brugge” klubu yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu komandanın sınaqçı-rəqibi Almaniyanın məşhur “Bayer” klubu olacaq.
Leverkuzen təmsilçisi ilə oyun sabah – iyulun 17-də baş tutacaq.
Qeyd edək ki, “Brugge” “Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibidi. Belə ki, Ağdan klubu Farer adalarının “Streymur” klubunu adlayacağı halda üçüncü təsnifat mərhələsində məhz Belçika təmsilçisi ilə qarşılaşacaq.
