16 iyul 2011 01:22
Bakı`nın rəqiblərinin adları açıqlandı
Hazırlıqların paytaxtdakı hissəsini ikitərəfli oyunla tamamlayan "Bakı" 17 iyul tarixində ikinci təlim-məşq toplanışının məskəni Sloveniyaya yollanacaq. Azerisport.az xəbər verir ki, komanda 12 gün ərzində məşq etməklə bərabər 4 yoldaşlıq görüşü keçirəcək. Artıq rəqiblərin adı bəllidi.
20 iyul tarixində ilk rəqib Sloveniya birinci liqa təmsilçisi "Radomlje" klubu olacaq. Ertəsi gün “zolaqlılar” Türkiyə Superliqasını 9-cu pillədə başa vuran "Kardemir Karabükspor"la qarşı-qarşıya gələcək.
24 iyul tarixində Yunanıstan üçüncüsü AEK (Afina) ilə yoldaşlıq oyunu baş tutacaq. Komandanın 4-cü və son qarşılaşması 27 və ya 28 iyul tarixinə təsadüf edəcək. Həmin günkü rəqibin isə İtaliya, Xorvatiya və ya Sloveniya klublarından birinin olması planlaşdırılır.
