16 iyul 2011 14:02

Rəşad Sadıqov: Brugge bizə maraqlı deyil

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində UEFA Avriopa Liqasının ikinci təsnifat mərhələsinin “Streymur”la (Farer adaları) ilk oyunundan (1:1) və növbəti mərhələyə çıxmaq şanslarından, eləcə də Belçika “Brugge”sindən danışıb.
 
- “Streymur”la ilk oyunu necə xaratkerizə edərdiniz?
- Prinsipcə, hər şey öncədən planlaşdırıldığı kimi oldu. Rəqibi yaxşı analiz etmişdik. Birinci hissədə hər şey bizim xeyrimizə idi. Həm mövqe mübarizəsi, həm də hesab baxımından rəqibi üstələyirdik. “Streymur” ancaq əks-hücumlara bel bağlayırdı. Ədalət naminə qeyd etmək lazımdı ki, qapımız qarşısında iki təhlükəli qol vəziyyətləri də oldu. İkinci hissədə isə bizim üçün daha çətin alındı. Həm rəqib yaxşı oynamağa başladı, həm də biz ehtiyatlı olmağa çalışırdıq. İkinci qolu vurmaq lazım idi. Bunun üçün kifayət qədər vəziyyətlər də oldu.

- Son saniyələrdə buraxılan qolu necə buraxdınız?
- Son saniyələrdə qol buraxmaq həmişə üzücüdü. Amma bu, futboldu. Hərdən sən vurursan, hərdən sənə vururlar. Meydan sahiblərinin xarakter nümayiş etdirməsi məni təəccübləndirdi. Sona kimi vuruşdular, ruhdan düşmədilər.
 
- Amma hiss olunur ki, bu nəticə “Qarabağ”ı elə də məyus etməyib...
- Səfərdə qeydə alınan 1:1 pis nəticə deyil. Amma Bakıda da işimiz asan olmayacaq.
 
- Bu qədər qol epizodundan yararlana bilməməyiniz nə ilə bağlıdı?
- Buna görə günahkar axtarmaq fikrim yoxdu. Bunda rəqibin də oyununu qeyd etmək lazımdı. Onlar gözəl müdafiə olunmaqla yanaşı həm də qapımız qarşısında az qol vəziyyəti yaratmadılar.
 
- Matçın sonunda komandada yorğunluq hiss olunurdu?
- Xeyr, bu, belə deyil. Əksinə oyundakı ən təhlükəli vəziyyətləri də elə son 10 dəqiqədə yaratdıq. Oyunda elə anlar var idi ki, “Streymur” heç meydanın özünə aid hissəsindən çıxa bilmirdi. Cütün taleyini elə ilk oyundaca həll etməyi çox istəyirdik.

- Farer adalarına uzun yolçuluq problem yaratmamışdı?
- 20 saat yol getmək, 3 təyyarə dəyişmək asan gəzinti sayıla bilməz. Amma bu, peşəkar futbolçunun həyatıdı. Belə şeyləri səbəb kimi göstərmək istəməzdim. Ötən mövsüm “Barcelona” “İnter”lə Çempionlar Liqasının yarımfinal oyununa avtobusla getmişdi.
 
- Niyə çarter reysi ilə getmədiniz?
- Öncədən belə planlaşdırılırdı. Amma alınmadı. Ötən mövsüm “Portadaun”la oyuna getmək üçün də belə bir problemlə üzləşmişdik. Son anda çarter reysi götürə bilmişdik. Bu dəfə isə baş tutmadı.
 
- “Qarabağ”dan cavab oyununda nə gözləyək?
- İlk növbədə psixoloji cəhətdən bu oyuna hazır olmalıyıq. Hətta oyunun gedişində məğlub olsaq da, təşvişə düşməməliyik. Rəqibimiz standart vəziyyətlərdən təhlükəlidi. Hətta adi autlarla da qapı qarşısında təhlükə yarada bilirlər. “Streymur” qol vurmağı bacarır. Hər şeyə hazır olmaq lazımdı.

- “Streymur”u keçəcəyiniz halda “Brugge” ilə qarşılaşmalısız...
- Bu, hələ bizə maraqlı deyil. Yolda da uşaqlarla ancaq “Streymur”la cavab oyunu haqda danışırdıq. Ancaq bu haqda düşünürəm. Heç uşaqlar da üçüncü mərhələyə adlayacağımız halda kiminlə oynayacağımızla maraqlanmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.