16 iyul 2011 14:17
Koster: Streymur ilə qarşılaşmağımızı istərdm
Belçikanın “Brugge” klubunun baş məşqçisi Adri Koster UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatmasının dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, “Qarabağ” (Azərbaycan) – “Streymur” (Farer adaları) cütünün onlara rəqib olmasından razı qaldığını gizlətməyib:
“Qarabağ” yoxsa “Streymur”? Azərbaycan ya Farer adaları? Hər iki variant məni qane edir. Başqa nə deyə bilərəm ki? Çox şey bizim skautların nə dərəcədə yaxşı informasiya toplamasından asılı olacaq. Amma mən daha çox “Streymur”la qarşılaşmağımızı istərdm. Farer adalarına uçmaq o qədər də çətin deyil. Azərbaycan isə bir qədər uzaq düşür. Həm də yəqin ki, “Qarabağ”ın yaxşı oyunçuları var. Axı onlar öz neftləri ilə məşhurdular”.